Azərbaycan-Türkiyə birgə təlimləri başa çatıb
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə döyüş atışlı taktiki təlimlər başa çatıb.
Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Birgə təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək hərbi texnika, 60-dan çox artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş (Mi-35) və nəqliyyat (Mi-17) helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edib.
< Əvvəlki | Növbəti > |
---|