NDI: Gürcüstan üçün ən böyük təhlükə Rusiyadır
Gürcüstan əhalisinin əksəriyyəti Rusiyanı ölkə üçün ən böyük təhlükə hesab edir.
Dalga tv Xeber.ge-yə xəbər verir ki, bunu Milli Demokratiya İnstitutunun (NDI) 2017-ci ilin aprelində keçirdiyi araşdırmanın nəticələri deyir.
“Gürcüstan üçün ən böyük təhlükə hansı ölkədir” sualına əhalinin 63%-i Rusiya, 6%-i Türkiyə, 5%i isə ABŞ deyə cavablandırıb.
“Gürcüstanın təhlükəsizliyini hansı ölkə daha yaxşı təmin edər” sualına 35% ABŞ, 12% Gürcüstanın özü, 10% isə Rusiya deyə cavab verib.
Araşdırma 7-28 aprel tarixində həyata keçirilib. Bütün Gürcüstan üzrə (işğal olunmuş ərazilər istisna olmaqla) 2 493 birbaşa müsahibə aparılıb.
< Əvvəlki | Növbəti > |
---|