Gürcüstan NATO-ya üzv olmağı qəti qərara alıb - Baş nazir
Gürcüstan Şimali Atlantika alyansının üzvü olmaq niyyətində qətiləşib. Bu barədə ölkənin baş naziri Georgi Kvirikaşvili NATO Parlament Assambleyasının sessiyasının plenar iclasında çıxışı zamanı bəyan edib.
O qeyd edib ki, "Gürcüstan və NATO-nun fəal əməkdaşlığı son illərdə ən yüksək səviyyəyə çatıb". "Gürcüstan NATO-ya üzv olmağı qəti qərara alıb, biz alyansa inteqrasiya prosesini fəal şəkildə davam etdirəcəyik, bu istiqamətdə islahatları davam etdirəcəyik", - baş nazir bildirib.
NATO Parlament Assambleyası sədri Paolo Alli Gürcüstanın Şimali Atlantika alyansının üzvü olmaq qərarını dəstəklədiyini açıqlayıb:
"NATO PA Gürcüstanın NATO-nun üzvü olmaq seçimini qəti dəstəkləyir, biz alyans Gürcüstanla münasibətləri möhkəmləndirmək və genişləndirmək tövsiyəsi verəcəyik. "Gürcüstan NATO-ya daxil olan dövlətləri birləşdirən, o ümumi dəyərləri bölüşür - bu prinsiplər demokratiya, qanunun aliliyi, iqtisadi artım və əhalinin rifahıdır". "NATO Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində".
Gürcüstan və NATO
Gürcüstan Şimali Atlantika alyansı ilə 1990-cı illərin sonlarından onun (NATO-nun) proqramı çərçivəsində əməkdaşlıq edir. 2002-ci ilin noyabrında prezident Eduard Şevardnadze Praqa sammitində Gürcüstanın alyansın üzvü olmaq istədiyini rəsmən bəyan edib. Bu istəyi növbəti prezident Mixail Saakaşvili də təsdiqləyib. 2012-ci ilin oktyabrında "Gürcü arzusu" koalisiyasının qələbəsindən sonra hakimiyyətə gələn yeni hökumət NATO-ya inteqrasiya kursunu davam etdirmiş və eyni zamanda "Gürcüstanın ərazi bütövlüyünün ziyanına olmamaqla Rusiya ilə münasibətlərin normallaşmasını mərhələli şəkildə başlıca vəzifəsi" adlandırıb.
Avqust ayında NATO baş katibi Yens Stoltenberq 2015-cü və 2016-cü ilin sentyabrında Tbilisiyə iki dəfə səfərdə olub. O, 2016-cı ilin sentyabrında son səfəri zamanı o bildirib ki, "Gürcüstan Şimali Atlantika alyansının üzvü olacaq", lakin eyni zamanda qeyd edib ki, bunun abş verəcəyi "dəqiq vaxtı deyə bilməz". Gürcüstan və NATO əməkdaşlığı parlament səviyyəsində fəal inkişaf edir.
< Əvvəlki | Növbəti > |
---|