Türkiyədə Azərbaycanla bağlı tarixi sənəd tapılıb
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri dr. İsmayıl Ağayev uzun müddət apardığı araşdırmalar nəticəsində Türkiyə arxivindən Azərbaycan üçün əhəmiyyətli sənəd əldə edib.
Dalga tv Oxu.Az-a istinadən məlumat verir.
Türkiyə Baş Nazirliyi yanında Dövlət Arxivləri Baş İdarəsindən əldə olunan arxiv sənədində Osmanlı dövləti ilə Azərbaycan xanlıqları arasındakı münasibətlərə dair maraqlı faktlar yer alıb.
1578-1914-cü illəri əhatə edən arxiv sənədində Azərbaycan xanlıqları ilə yanaşı, Tiflis, Dağıstan və Çərkəz vilayətinin, eləcə də rus, erməni və gürcü əhalisinin sayını müəyyən edən xəritə göstərilir. Arxiv sənədində o dövrlərdə İrəvanda yeddi yüz min azərbaycanlının yaşadığı qeyd edilir.
Əldə olunan arxiv sənədi AMEA-nın Tarix İnstitutuna təqdim ediləcək. Eyni zamanda bu istiqamətdə araşdırmalar aparan mütəxəssislər də həmin əhəmiyyətli sənəddən faydalana biləcəklər.
< Əvvəlki | Növbəti > |
---|