ABŞ vitse-prezidenti Gürcüstana səfər edib
ABŞ-ın vitse-prezidenti Mayk Pensin Gürcüstana rəsmi səfəri başlayıb.
APA-nın yerli bürosunun məlumatına əsasən, Mayk Pens və xanımı Karen Pensi Tbilisi beynəlxalq havalimanında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili qarşılayıb.
M. Pens sabah Gürcüstan baş naziri Giorgi Kvirikaşvili və NATO-nun “Layiqli tərəfdaş 2017” təlimlərində iştirak edən hərbçilərlə görüşəcək.
ABŞ rəsmisi həmçinin Gürcüstanın müxalifət partiyalarının nümayəndələri ilə görüş keçirəcək.
M. Pensin Gürcüstana səfəri avqustun 1-də başa çatacaq.
< Əvvəlki | Növbəti > |
---|