ABŞ dövlət katibinin köməkçisinin müavini Gürcüstana səfər edib
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink Gürcüstana səfər edib.
APA-nın yerli bürosunun məlumatına əsasən, B. Brink səfər çərçivəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb. Görüşdə Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlıq və Gürcüstanda planlaşdırılan islahatlar barədə fikir mübadiləsi aparılıb.
G.Kvirikaşvili öz növbəsində qeyd edib ki, ABŞ-ın vitse-prezidenti Mayk Pensin Gürcüstana baş tutmuş səfəri ABŞ-ın Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşı olduğunu bir daha sübut edir.
ABŞ dövlət katibinin köməkçisinin müavini ölkəsinin Gürcüstanda demokratik inkişaf, iqtisadiyyat, müdafiə və təhlükəsizlik sahələrini dəstəklədiyini vurğulayıb.
< Əvvəlki | Növbəti > |
---|