Gürcüstanda silahlı insident zamanı yaralanmış azərbaycanlı namizəd seçkilərdə qalib gəlib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanda silahlı insident zamanı yaralanmış “Gürcü Arzusu” partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə majoritar namizədi Ceyhun Çovdarov yerli seçkilərdə qalib gəlib.

APA-nın yerli bürosunun məlumatına əsasən, C. Çovdarov 80,89 faiz səs çoxluğu ilə Marneuli bələdiyyəsinə üzv seçilib.  

C. Çovdarovun sağlamlıq vəziyyətinə gəlincə, o, hazırda Marneuli xəstəxanasında müalicəsini davam etdirir. Həkimlərin sözlərinə görə, onun vəziyyəti stabildir. 

Xatırladaq ki,  oktyabrın 19-da gecə saatlarında Qızılhacılı kəndində baş vermiş silahlı insident zamanı C. Çovdarovla yanaşı onu müşayiət edən 4 nəfər yaralanıb. Gürcüstan DİN insidentlə bağlı istintaqı davam etdirir.