Tbilisidə Gürcüstan-Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı müzakirə olunub
Gürcüstanın müdafiə naziri Levan İzoriya Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla görüşüb.
APA-nın Gürcüstan bürosu ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
L. İzoriya Türkiyə tərəfinə Gürcüstanın NATO-ya inteqrasiyasında göstərdiyi dəstəyə görə təşəkkür edib.
Tərəflər həmçinin regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Bu kontekstdə Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli hərbi əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
< Əvvəlki | Növbəti > |
---|