Yaşayış binasında partlayış: xəsarət alan var
Yasamalda yanğın hadisəsi qeydə alınıb. AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzildə (mənzildə təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində mənzilin dəhlizinin döşəməsi və təmirə aid olan materiallar 8 kv.m sahədə yanıb, mənzilin pəncərələri çərçivədən çıxıb. Yanğın zamanı mənzildə usta işləyən vətəndaş əl nahiyəsindən yanıq xəsarətləri alıb və təcili yardım xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıb.