Polis Castin Biberi saxladı

alt

Kanadalı məşhur müğənni Castin Biber konsert vermək üçün getdiyi Rioda polis tərəfindən saxlanılıb. 

Buna səbəb müğənninin divara şəkil çəkməsi olub. 

Bir paparazzinin çəkdiyi şəkillər Braziliyanın məşhur xəbər portalı “Globo”da yayımlanıb. 

Bundan sonra müğənninin qaldığı otelə gedən polis Biberi yerində tapa bilməyib. Sonradan saxlanılan Biber günahını boynuna almasa da, polis orqanları şəkillər vasitəsilə günahını ona sübut ediblər. Biber pul cəzası ödəməli olub.