Amerika gəmiləri geri qayıdır

alt

ABŞ Orta Şərqdə olan iki donanma gəmisini geri çəkir. 

Amerikanın Müdafiə Nazirliyinin sözcüsü “USS Nimitz” və “USS Graveley” adlı iki gəminin geri qayıtdığını bildirib. 

Süveyş kanalından keçən gəmilərin yeni ildən əvvəl ABŞ-a geri dönməsi gözlənilir. Donanma gəmisi “USS Graveley”in də Aralıq dənizindən ayrıldığı və ABŞ-a dönməkdə olduğu qeyd edilib. 

Obama administrasiyası avqust ayında Suriyanın kimyəvi silah istifadəsinə qarşı bölgədə hərbi gücünü artırıb. 

ABŞ-ın 3-ü Aralıq dənizidə olmaqla bölgədə hələ də 4 gəmisi var.