Bomba yüklü iki maşın partladıldı - 12 ölu, 57 yaralı
İraqı yeni partlayış dalğası bürüyüb. Tuzhurmatu şəhərində bomba yüklü maşın partladılıb. Nəticədə 10 nəfər ölüb, 45 nəfər isə yaralanıb. Hadisədə yaralananlar Kərkükdəki xəstəxanalara yerləşdirilib.
Telafer şəhərində polis bölməsi yaxınlığında bomba yüklü maşının partladılması nəticəsində isə 2 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Ölənlərdən birinin polis olduğu bildirilir.