İvanişvilinin ağ akulası ölüb
Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilinin biznes mərkəzinin həyətindəki böyük akvariumda saxladığı ağ akula ölüb.Bu haqda Gürcüstan KİV-nə hüquq müdafiəçisi Nikoloz Mjvanadze məlumat yayıb. Onun sözlərinə görə, İvanişvili hadisədən hiddətlənib və mütəxəssislərı akulanın ölümünə səbəb ola biləcək suyun yoxlanılması haqda göstəriş verib.
“Bidzina İvanişvilinin akulası noyabrın əvvəllərində ölüb. Buna səbəb suyun keyfiyyətsizliyi olub”, - Mjavanadze bəyan edib.