Orxan Zeynalovun həbs müddəti uzadıldı- Yenilənib

alt

Bu gün Moskvanın Presnensk Rayon Məhkəməsində Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbs müddətinin uzadılması barədə vəsatətə baxılıb.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, hakim Tatyana Vasyuçenko 25 yaşlı Yeqor Şerbakovun təqsirləndirilən Orxan Zeynalovun həbs müddətinin aprelin 10-dək uzadılması barədə istintaq orqanının vəsatətini təmin edib.

Müstəntiq qərarını müttəhimin telefon danışıqlarının yoxlanması, dörd şahidin yerinin müəyyənləşdirilməsi və ekspertizanın nəticələrinin alınması zərurəti ilə izah edib: “İstintaq müddətində azadlığa buraxılacağı təqdirdə, Orxan Zeynalovun qaçıb gizlənməsi ehtimalı böyükdür. Çünki o, başqa ölkənin vətəndaşıdır”.

Orxan Zeynalovun vəkil vəsatətə etiraz edib və etirazını müdafiə etdiyi şəxsin saxlanılarkən zorakılıqla üzləşməsi ilə əlaqələndirib. Müstəntiq bu məsələ ilə bağlı araşdırmaların aparıldığını, lakin hələlik nəticə əldə olunmadığını deyib.