Gün ərzində 45 cinayət faktı qeydə alınmışdır

Dekabrın 15-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 45 cinayət faktından 21-nin üstü “isti izlər”lə açılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında qeydə alınmış bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.
Cinayət törətdiyinə görə 19 nəfər tutulmuşdur.