İtaliyada Yeni İl faciəsi: 1 ölü, onlarla yaralı

alt
İtaliyada ənənəvi Yeni il atəşfəşanlığında təxminən 100 nəfər yaralanıb. Onların arasında İtaliyada yeni ili keçirməyə gələn müxtəlif millətlərin nümayəndələri var. 
  
Yaralıların bəzilərinə yerindəcə yardım göstərilsə də, onlarla yaralı xəstəxanaya yerləşdirilib. Təkcə Romada Yeni illə bağlı təcili yardım xidmətinə 296 çağırış daxil olub. 23 nəfər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağırdır. Yeni il gecəsi atəşfəşanlıq zamanı bir əlil isə dünyasını dəyişib.Bayram günü ən çox yanğın hadisələri isə Napolidə baş verib. Bu şəhərdə 50 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.