Hülya Avşar Yeni ili azərbaycanlı milyarderlə qarşıladı - FOTO

Türkiyənin tanınmış aktyor-müğənnisi Hülya Avşar yeni il gecəsi türkiyəli paparatsilərin foto-kameralarına tuş gəlib.

Məlumatına görə, Hülya 2014-cü ili azərbaycanlı iş adamı Mübariz Mənsimovun təşkil etdiyi ziyafətdə qarşılayıb. Gecəyə bacıları Leyla Avşar, Helin Avşar və əmisi professor Erol Avşarla qatılan Hülya yaxınları ilə səhər saatlarına qədər əylənib.