Çəkisi 5 ton olan “Əjdaha” motosikleti “Ginnesin rekordlar kitabı”na düşmüşdür
“Ginnesin rekordlar kitabı”nın nümayəndələri rəsmən dünyanın ən böyük motosikletin adını qeyd etmişlər.
Bu, Fabio Reggianinin istehsalı olan “Regio Design XXL Chopper” motosikletidir. Nəhəng nəqliyyat vasitəsinin uzunluğu 9,8 metr, hündürlüyü 4,9 metr, eni 2,5 metr, çəkisi 5 tondan çoxdur.
Onun 5,7 litrlik 8 silindrli mühərrikinin gücü isə 280 at gücünə bərabərdir. Model 2 təkər üstündə sərbəst dura bilmədiyindən arxaya əlavə təkər cütü artırılmışdır. Motosikletin yığılması 7 ay çəkmişdir.