Google barədə bilmədiyiniz yeddi fakt

altTürkiyənin "Veteknoloji" texnologiya və elm saytı Google haqqında yeddi faktın açıqlandığı siyahı hazırlayıb.

- Tarix boyu yazılı saxlanılan bütün məlumatların cəmi 50 petabayt həcmindədir. "Google"un gündəlik istifadə etdiyi məlumatların həcmi isə 20 petabaytdır.
- İnternetdən istifadə edən hər kəs ən azı gündə bir dəfə "Google"a daxil olur.
- "Google"un ana səhifəsi 88 fərqli dildə mövcuddur. Bura Latın və Klingon dilləri də daxildir.
- "Google"un indekslədiyi 50 milyard web səhifəni insan gücüylə axtarmaq üçün, dəqiqədə bir səhifə axtarılsa 95,116 il çəkərdi.
- "Google"un "Did you mean?" sistemi axtarış tarfikini iki qat artırıb.
-"Google" istifadəçi tələbi 20%-dən aşağı olan xidmətlərini  saxlamaq istəmir.  "Seçimlər" bölməsindəki xidmətlər həyatda qala bilmək üçün istifadəçilərin ən azı 20% tərəfindən istifadə olunmalıdırlar.
- "Google"un gündəlik ziyarətçi sayı 620 milyondur.