11 yaşlı haker həbs olunub

alt

İranın Mazandaran əyalətinin Babul şəhərində 11 yaşlı haker həbs olunub.

Bu barədə Mazandaran əyalət polisinin kibercinayətlər üzrə idarəsinin rəisi Əhmədrza Rüstəmi deyib.

Onun sözlərinə görə, 11 yaşlı haker bir istifadəçinin şəxsi e-mail ünvanının parolunu əldə edib və həmin şəxsin bank hesabından öz hesabına pul köçürüb.

Həbs olunmuş haker barəsində cinayət işi açılıb.