Ruslar ən çox müdafiə naziri Sergey Şoyqunu sevirlər - SORĞU

alt

Rusiyadakı VTİOM sosialoji sorğu mərkəzi ölkə əhalisi arasında maraqlı rəy sorğusu keçirib.

Vətəndaşlara hökumət üzvlərini 5 ballıq sistem üzrə qiymətləndirmələri təklif olunub. Ən yüksək bal müdafiə naziri Sergey Şoyquya verilib - 4,06 bal. Xarici işlər naziri Sergey Lavrov 3,84 bal və səhiyyə naziri Vladimir Puçkova isə 3,48 bal verilib.

İlk onluğa düşənlər bunlardır:

Baş nazirin müavini Dmitri Roqozin - 3,25 bal
İdman naziri Vitali Mutko - 3,22 bal
Baş nazirin müavini Dmitri Kozak 0 3,2 bal
Daxili işlər naziri Vladimir Kolokoltsev - 3,17 bal
Kommunikasiya və nəqliyyat naziri Nikolay Nikiforov - 3,11 bal
Baş nazirin müavini İqor Şuvalov - 3,07
Baş nazirin müavini Aleksandr Xloponin - 3,03 bal

Sorğunun nəticələrinə əsasən, müdafiə naziri Sergey Şoyqu ruslar tərəfindən ən çox sevilən nazir olub.