11 yaşında milyonlar qazanır
İngiltərənin Norfolk şəhərində yaşayan 11 yaşlı rəssam Kieron Williamson indiyə qədər satdığı tablolarından 1.5 milyon sterlinq qazanıb. (təqribən 2 milyon AZN)
Dalgatv Hurriyet-ə istinadən xəbər verri ki, mütəxəssislər peşəkar rəssamların əsərlərindən seçilməyən Kieronun rəsmlərinə əsasən gələcəkdə onun 21-ci əsrin önəmli rəssamlarından olacağını deyirlər. Atası Keith Williamson oğlunun əməyinin sayəsində yeni ev aldıqlarını, lakin onu heç vaxt rəsm çəkməyə məcbur etmədiklərini deyib.