İlin fotosu müəyyən edilib
Afrika mühacirlərinin foto şəkili “World Press Photo” müsabiqəsində ilin fotosu seçilib.
Amerika fotoqrafı Con Stenmeyerin çəkdiyi şəkildə kişilər Cibuti çimərliyində mobil telefon tutduqları əllərini göyə uzadıblar.
Dalgatv Anspress-ə istinadən bildirir ki, bununla onlar qonşu Somalidən gələn ucuz telefon siqnalını tutmağa çalışırlar.
"Bunlar sadəcə öz yaxınlarına zəng etmək istəyən insanlardır", - deyə fotoqraf bildirib. Yaxşı həyata can atan minlərlə afrikalı bu yolla Avropaya və Yaxın Şərqə getməyə çalışırlar, yüzlərlə insan yolda ölür.