Azərbaycanla Serbiya arasında saziş imzalanıb
Belqradda Serbiya ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, saziş Serbiya müdafiə naziri Neboyş Rodiçin azərbaycanlı həmkarı Zakir Həsənovla görüşü zamanı imzalanıb.
N.Rodiç bildirib ki, bu saziş Serbiya və Azərbaycana hərbi-iqtisadi, hərbi-tibbi və hərbi təhsil sahələrində əməkdaşlığı dərinləşdirmək üçün hüquqi əsas yaradır.