Saakaşvilinin partiya yoldaşı Kiyevdə güllələnib
Kiyevdə odlu silahdan açılan atəş nəticəsində iki ildir ailəsi ilə Ukrayna paytaxtında yaşayan Gürcüstan vətəndaşı Dato Kipiani ölüb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Kipianini snayper güllələyib. Məlumatda qeyd edilir ki, Dato Kipiani Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyasının üzvü idi.
“Dato partiyanın üzvü idi. Amma Kiyevə siyasi, yaxud partiya maraqları ilə bağlı getməmişdi”, - Saakaşvili facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.