“Facebook” 3,1 milyard dollar itirib
"Facebook"un 29 yaşlı qurucusu Mark Zukerberq bir həftədə 3,1 milyard dollar dəyərində itki ilə üzləşib. "Facebook"un virtual reallıq texnologiyaları istehsal edən "Oculus VR"-ni aldıqdan sonra birjada enişi müşahidə olunur.
7/24news Anspress-ə istinadən xəbər verir ki, həftəlik itkisi 11%-ə çatan "Facebook" hissələri Zukerberqin sərvətindən 3,1 milyard dolları "buxarlandırıb".
Şirkətin birjada birdən-birə bu qədər eniş yaşamağının səbəblərindən biri kimi Rusiyanın Krıma müdaxiləsindən sonra investorların banklarla əlaqələrini zəiflətməsi göstərilir.
Qeyd edək ki, ziyana düşən təkcə "Facebook" deyil. Bu sıraya "Google" qurucuları olan Sergey Brin və Leri Peyc də daxildir. Onların ümumi itkiləri 3 milyard dollara çatıb. "Amazon"un qurucusu Ceff Bezos üçün də vəziyyət yaxşı olmayıb. O isə 1,9 milyard dollar itirib.