“WhatsApp” messencerində rekord qeydə alınıb
Tezliklə “Facebook”un nəzarətinə keçəcək “WhatsApp” messencerində istifadəçilərinin fəallığını göstərən yeni rekord qeydə alınıb.
Dalgatv ICTnews-a istinadən bildirir ki, “WhatsApp” istifadəçiləri bir gündə 64 milyard mesaj göndəriblər ki, mesajların da 44 milyardı göndərilən, 20 milyardı isə gələnlərdir.
Xatırladaq ki, “WhatsApp”in aktiv istifadəçilərinin aylıq auditoriyası 465 milyonu ötür.