Gürcüstan Prezidenti rəsmən evlənmək niyyətindədir
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili vətəndaş nikahında olduğu Maka Çiçua ilə rəsmən evlənmək niyyətindədir. Trend-in məlumatına görə, nikah mərasimi yaxın günlərdə baş tutmalıdır.
G.Marqvelaşvili və M.Çiçua uzun illərdir bir yerdə yaşayırlar. Onları vaxtilə övladları Maşo və Anna tanış ediblər.