Prezidenti körpüdən aşıran rus arağı - MARAQLI
Rus arağı dünyanın əksər ölkələrində məşhurdur. Bu içkinin məşhur olmasının əsas səbəbi bəlkə də rusların arağa olan hədsiz istəyinin nəticəsidir. Daha dəqiq ifadə etsək, ruslar öz içkilərinə aludə olmaqlarını o qədər həvəslə büruzə veriblər ki, bu “iştaha” xarici ölkə vətəndaşlarında da böyük maraq yaradıb.
Modern.az saytının məlumatına görə, tarix boyu rusların 40 dərəcəlik ehtirasının qarşısını heç nə ala bilməyib. Təkcə SSRİ-nin mövcudluğu dövründə beş dəfə, 1918, 1929, 1958, 1972 və 1985-ci illərdə dövlət səviyyəsində antialkoqol kampaniyaları keçirilsə də, bu tədbirlər kütləvi narazılıqlardan başqa heç bir nəticə verməyib. Maraqlı faktlardan biri odur ki, həmin tədbirlər ərəfəsində dövlət başçıları özləri də qədəhlərdən imtina edə bilməyiblər. Tarixdən Leninin, Stalinin, Malenkovun, Xruşovun, Brejnevin içki məclisləri, spirt qoxusu verən süfrələri hamıya yaxşı məlumdur. Gecə yarıyadək uzanan məclislər, Kreml məmurlarının əyləncələri heç də az olmayıb.
Rus arağından daha çox təsirlənən, sərxoş vəziyyətə düşüb özünü və ölkəsini xoşagəlməz vəziyyətə qoyan isə Boris Yeltsin olub. Yeltsinin Amerika Birləşmiş Ştatlarına səfəri zamanı gecə yarısı kefli vəziyyətdə alt paltarında pitsa almağa getməsi, Almaniyada orkestrin qarşısında drijorluğu və rəqsi, arağın təsirindən oyana bilməyib təyyarədə yataraq dövlər tədbirinə getməməsi və bu kimi bir çox hallar uzun illər kütləvi informasiya vasitələrinin ən oxunaqlı materiallarına çevrilib.
28 sentyabr 1989-cu ildə Boris Yeltsinlə bağlı baş vermiş qeyri-adi hadisə isə kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilməklə yanaşı, həm də SSRİ Ali Sovetinin iclasında ictimai müzakirəyə çıxarılıb. Ali Sovetin fəaliyyəti tarixində ilk dəfə olaraq belə müzakirələr aparılıb.
Nə baş vermişdi? Boris Yeltsin bu dəfə hansı hadisə ilə ölkənin diqqət mərkəzində dayanmışdı?
Məhz həmin günü Boris Yeltsini körpüdən Moskva çayına atıblar. Hadisənin necə baş verməsi haqqında uzun illər müxtəlif versiyalar irəli sürülüb