Prezidentlərin uşaqlıq illəri - FOTOLAR
Bu şəkillər onların uşaqlıq illərində çəkilib. Yəqin ki, həmin vaxtlar bu uşaqların ağıllarına da gəlməyib ki, nə vaxtsa onların iri portretləri prezidentləri olduqları ölkələrin ən gözəgəlimli yerlərindən asılacaq.
Beləliklə, Dalgatv dövlət rəhbərlərinin uşaqlıq illərindən yadifar qalan şəkilləri təqdim edir.
Azərbaycanın hazırki prezidenti İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. İlham Əliyev 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. Onun uşaqlıq illəri də Bakıda keçib...
İlham Əliyev
Rusiya Federasiyasının prezidenti Vladimir Putinin baxışları uşaqlıq illərindən sərt və amansızdır.
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama o vaxt bilsəydi prezident olacaq, bir az ciddi dayanardı, heç olmasa ən azı dişlərini göstərməzdi.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin bu şəkildəki baxışları hazırda Amerikadan Gürcüstana baxdığı baxışlarından heç də fərqlənmir.