Pizza çatdıran pilotsuz vertolyot
İngiltərədə pizza şirkətlərindən biri sifariş edilən məhsulları ünvana çatdırmaq üçün qeyri-adi üsula əl atıb.
Bu məqsədlə pizza daşıyan pilotsuz vertolyot hazırlanıb.
Yerdən 126 metr hündürlüyə qalxa bilən bu aparat iki ədəd pizzanı daşımaq qabiliyyətinə malikdir. "DomiKopter" adlı aparat yerdən idarə edilir və üzərində kameralar yerləşdirilib.
Artıq "DomiKopter" ilk uçuşunu uğurla həyata keçirib.