Zəlimxan Yaqubun səhhəti ilə bağlı yeni- Xəbər
“Xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun səhhəti yaxşıdır”.
Dalgatv xəbər verir ki, bu barədə aznews.az-a xalq şairinin həyat yoldaşı məlumat verib.
O bildirib ki, Zəlimxan Yaqub yenidən müayinə olunmaq üçün noyabrın sonu, dekabrın əvvəlində Almaniyaya yollanacaq.
“Şairin Almaniyada əməliyyat olunması gözlənilirmi?” sualına həyat yoldaşı belə cavab verib: “Yox, əməliyyat olunmayacaq”.
Qeyd edək ki, xalq şairi Z.Yaqub böyrək xəstəliyindən əziyyət çəkir.