Rusiya, Suriya, İraq və İran İŞİD-lə mübarizə üzrə İnformasiya Mərkəzi yaradıblar

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 
Rusiya, Suriya, İraq və İran İŞİD terror qruplaşması ilə m übarizənin əlaqələndirilməsi üçün İnformasiya Mərkəzi yaradıblar.

"Dalğa TV"-nin “RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi-diplomatik mənbə məlumat yayıb.

Rusiya, Suriya, İraq və İran Bağdadda İnformasiya Mərkəzinin yaradılmasına dair qərar qəbul ediblər. Mərkəzə sadalanan ölkələrin baş qərargahlarının n ümayəndələri daxil olacaq deyə mənbə bildirib.

Mənbənin s özlərinə g örə, mərkəzin əsas vəzifəsi Yaxın Şərq b ölgəsində İŞİD-lə m übarizə kontekstində məlumatın toplanması, araşdırılması, təhlili, onun aidiyatı üzrə y önəldilməsi və qeyd olunan ölkələrin baş qərargahlarına operativ öt ür ülməsini təmin etmək olacaq.

Rusiya, Suriya, İran və İraq zabitləri yaradılan quruma rotasiya qaydasında rəhbərlik edəcək.