SOCAR bu il qərb marşrutu ilə 2,034 mln. ton neft ixrac edib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin sentyabr ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 169 479 ton xam neft ixrac edib.

SOCAR-dan verilən məlumata görə, bu, ötən ilin sentyabr ayına nisbətən 33% azdır.

Yanvar-sentyabr ayları ərzində Supsa limanından 2 033 539 ton xam neft ixrac edilib. Bu göstərici isə ötən ilin müvafiq dövründən 11% az olub.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.