Kutaisidə bina uçub, 4 yaşlı uşaq ölüb
Gürcüstanın Kutaisi şəhərində çoxmərtəbəli binada qəza baş verib.
"Dalğa TV" Apa-ya istinadən xəbər verir ki, Konstantin Qamsaxurdiya küçəsində binanın beton konstruksiyasının uçması nəticəsində küçədə hərəkət edən ana və uşaq yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Lakin hadisə nəticəsində ciddi xəsarət alan 4 yaşlı uşağı xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Ananın vəziyyəti isə qənaətbəxşdir.
Olay yerinə xilasetmə xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt üzrə Gürcüstan CM-nin 116-cı maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi qaldırılıb, araşdırma aparılır.