Uşaqlar zəkasını kimdən alır? - Atadan, yoxsa anadan
Araşdırmalar uşaqların zəkasını atadan deyil, anadan aldığı fikrinin üzərində dayanıblar.
Dalga TV “Haber Türk” qəzetinə istinadən xəbər verir ki, əvvəlki araşdırmalarda zəkanın atadan keçdiyini düşünülürdü.
Amma son aparılan araşdırmalar zamanı zəka genlərinin X xromosomlarında olduğu, X xromosomlarından qadınlarda iki, kişilərdə isə bir ədəd olduğu ifadə edilib. Genlər xaricində, uşaqları daha ağıllı olan qadınların onlarla möhkəm baş quran analar olduğunu və uşaqların məsələ həll etmə müddətində onları dəstəkləməkdə kömək etdikləri görülür.