Gürcüstanda məktəbli mikroavtobusu “Kamaz”la toqquşub

Kutaisi yaxınlığında yük avtomobili və məktəbli mikroavtobusunun toqquşması nəticəsində üç uşaq xəsarət alıb. Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.  

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, mikroavtobusda Zestafoni şəhərindən olan məktəblilər olub. Onlar Gelat monastrına ekskursiyaya gedirdilər. Onların olduğu mikroavtobus “Kamaz”la toqquşub.

Xəsarət alan məktəblilər Kutaisidəki xəstəxanaya çatdırılıb. Onların həyatına təhlükə yoxdur.

Faktla bağlı cinayət işi açılıb.