Azərbaycanda dəhşət: 13 yaşlı uşaq özünü öldürdü
Goranboy rayonunda intihar hadisəsi baş verib.
Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. 2004-cü il təvəllüdlü Nəbiyev Rəşad Eldar oğlu yaşadığı evin bağında özünü ağacdan asaraq intihar edib.
R.Nəbiyevin ürəyində qüsur olduğu bildirilir. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.