Potidə böyük əşya bazarı yanıb

Gürcüstanın Poti şəhərində böyük əşya bazarında güclü yanğın olub.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən bazardakı yanğını söndürmək üçün 9 yanğınsöndürmə briqadası iştirak edib.

Yanğın nəticəsində artıq bazarda fəaliyyət göstərən 150 mağazadan təxminən 70-i yanıb, 500 kvadratmetrdən çox sahəyə zərər dəyib. Bu gün səhər saatlarında başlayan yanğının başvermə səbəbləri araşdırılır.