Gürcüstanda çayda köməksiz qalan azərbaycanlı turistlər xilas olunub
Gürcüstanda Çorox çayında köməksiz vəziyyətdə qalmış iki Azərbaycan vətəndaşı xilas olunub.
APA-nın yerli bürosunun məlumatına görə, Acarıstanın Şarabidze kəndində 8 nəfərdən ibarət qrup Çorox çayında olarkən suyun səviyyəsi qəflətən qalxmağa başlayıb.
Qrupun 6 üzvü çaydan çıxa bilsə də, iki azərbaycanlı turist bunu edə bilməyib.
Fövqəladə Halların İdarə Olunması Mərkəzinin xilasediciləri azərbaycanlı turistləri xilas ediblər.