Gürcüstanın Pankisi dərəsində xüsusi əməliyyat keçirilib

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Pankisi dərəsində yerləşən Omalo və Duisi kəndlərində xüsusi əməliyyat keçirib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, əməliyyat nəticəsində 3 nəfər saxlanılıb. Onların evlərində axtarış zamanı külli miqdarda silah-sursat aşkarlanaraq müsadirə olunub.
 

Saxlanılan şəxslərin noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilmiş terrorçu Əhməd Çatayevlə əlaqəli olduğu bildirilir.