Azərbaycan şahmatçısı Avropa çempionatında liderliyi əldə saxlayır

altMonteneqronun Budva şəhərində yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatı davam edir.
Turnirin Open-8 ən kiçik yaş qrupunda yeddi turdan sonra Azərbaycan şahmatçısı Aydın Süleymanlı 7 görüşün hamısında qalib gələrək 7 xal ilə turnirin yeganə lideridir. Yarışın başa çatmasına iki tur qalır.