Rövnəq Abdullayev futbolçuları təbrik etdi

alt

AFFA prezidenti Rövnəq Abdullayev "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya 2:0 hesabı ilə qalib gələn millimizin futbolçularını təbrik edib. Bu barədə AFFA-dan məlumat verilib.


Belə ki, oyundan sonra AFFA prezidenti millimizin üzvləri ilə görüşüb, qələbə münasibətilə onları təbrik edib. R. Abdullayev komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıb.