Boksçularımız finala çıxıb

alt

Rusiyanın Anapa şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində 3 boksçumuz finala vəsiqə qazanıb. 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Gürcüstan nümayəndəsi Giorgia Çarqazia üzərində qələbə qazanıb. Millimizin üzvü finalda Rusiya boksçusu Maqomed Maqomedbekovla qarşılaşacaq. 

Tayfur Əliyev də (52 kq) adını finalçılar sırasına yazdırıb. Boksçumuz İtaliya təmsilçisi Marko Amorozonu yarımfinalda məğlub edib. Əliyev qızıl medal uğrunda döyüşdə rusiyalı Tamerlan Xangişiyevlə üz-üzə gələcək. 

Hüseyn Tarverdilinin (70 kq) yarımfinaldakı qələbəsi ilə daha əlamətdar olub. Həmyerlimiz Ermənistan idmançısı Vardan Kosyanı məğlub edərək, finala yüksəlib.