Azərbaycan şahmatçıları Avropa cempionu oldu

Polşanın paytaxtı Varşavada şahmat üzrə komandalar arası Avropa çempionatı başa çatıb. Qitənin 38 komandasının mübarizə apardığı yarışda Azərbaycan şahmatçıları uğurla çıxış ediblər.

Heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Qədir Hüseynovun mübarizə apardığı millimiz axırıncı turda Ermənistan yığmasıyla qarşılaşıb. Gərgin görüş 2-2 hesabıyla başa çatıb. Fransa millsinin Rusiyaya uduzması isə komandamızın işinə yarayıb. Beləliklə 14 xal toplayan Azərbaycan milli komandası İsveçrə sistemi üzrə keçirilən Avropa çempionatında qızıl medallara sahib olub. Fransa,Rusiya və Ermənistan 13 xalla 2, 3 və 4-cü yerləri bölüşüblər. İndi komandamızı noyabrın 27-də Türkiyənin Antalya şəhərində start götürəcək dünya çempionatı gözləyir. Mütəxəssislər dünya birinciliyində də Azərbaycan komandasının imkanlarını yüksək qiymətlədirir.