Şahmat üzrə 16-cı dünya çempionu məlum oldu
Norveçli Maqnus Karlsen şahmat üzrə 16-cı dünya çempionu olub. O, hindistanlı Vişvanatan Anandla şahmat tacı uğrunda 10-cu görüşdə qələbə qazanıb.
Az öncə oynanılan partiya 65-ci gedişdə heç-heçə ilə başa çatıb. Bundan sonra Karlsen ümumi hesabda 6,5:3,5 hesabı ilə rəqibindən üstün olub.
Qeyd edək ki, Anand 2007-ci ildə dünya çempionluğunu rusiyalı Vladimir Kramnik üzərindəki qələbə ilə qazanmışdı. Hindistanlı şahmat tacını 2010-cu ildə bolqarıstanlı Veselin Topalov və 2012-ci ildə Boris Gelfandla görüşlərdə qoruya bilmişdi.