Tanınmış rus boksçu öldürüldü - VİDEO

alt

Rusiya federasiyasının boks üzrə yığma komandasının məşhur boksçusu İvan Klimov öldürülüb. Klimov Omskda evinin qarşısında bıçaqlanıb. 
Polisin məlumatına görə, 25 yaşlı idmançının cəsədi bu gün günorta saatlarında tapılıb. Tədqiqatçıların sözlərinə görə, boksçunu naməlum gənc oğlan qətlə yetirib. O, əvvəlcə İvanın maşınının təkərini deşib, Klimov baş verən hadisə ilə bağlı həyətə düşdükdə isə ona bıçaqla ürək və boğaz nayihəsindən zərbə yetirib. Qətl hadisəsi ilə bağlı artıq cinayət işi açılıb. 

Bu il mart ayının 2-dən 3-nə keçən gecə rusiyalı boksçuya “Anqar” klubunda hücum etmişdilər. Hadisə qaraçı dəstəsi və İvanın dostları arasında baş verən anlaşılmamazlıqdan sonra olub. 10 nəfərdən ibarət dəstə arasında dava olub.