UEFA Kuboku ilə bağlı Bakının namizədliyi irəli sürüldü
Futzal üzrə UEFA Kubokunun final mərhələsinin oyunlarına ev sahibliyi etmək üçün AFFA tərəfindən Bakının namizədliyi irəli sürülüb.
Artıq bununla bağlı UEFA-ya müraciət edilib.
Qeyd edək ki, futzal üzrə UEFA Kubokunun əsas seçmə mərhələsində keçirdiyi hər üç oyunu qələbə ilə başa vurmuş Azərbaycan çempionu "Araz" qrupda birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.
"Barselona" (İspaniya), "Dinamo" (Rusiya), "Kayrat" (Qazaxıstan) və "Araz"ın mübarizə aparacağı "Dördlər finalı" 2014-cü ilin aprel ayında keçiriləcək.