Millimiz Avropa çempionu olub

alt

Budapeşt şəhərində keçirilən сüdo üzrə Avropa Çempionatının finalında paralimpiya yığmamız Ukrayna komandasına qalib gəlib. Azərbaycan Milli Paralimpiya Komitəsindən APA-ya verilən məlumata görə, idmançılarımız həlledici görüşdə rəqib komandanı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, final yolunda millimiz Rusiya və Türkiyə kollektivlərinə qalib gəlib.