Ronaldo qərarını açıqlayıb
"Real"ın futbolçusu Cristiano Ronaldo "Qızıl top" mükafatının təqdimetmə mərasiminə qatılıb-qatılmayacağı barədə son qərarını verib.
Portuqaliyalı hücumçu La Liqanınson turunda "Selta Viqo" ilə matçdan sonra açıqlamasında yanvarın 13-ü Surixdə keçiriləcək mərasimdə iştirak edəcəyini bildirib.
FIFA prezidenti Yozef Blatterin onun haqda dediyi fikirləri bəyənmədiyi üçün Ronaldonun mükafatlandırma mərasiminə qatılmayacağı iddia edilirdi.
Kriştiano "Qızıl top" uğrunda Lionel Messi və Frank Riberi ilə mübarizə aparır.